Yer örtükləri

New Conception şirkəti müxtəlif növ yüksək keyfiyyətli döşəmə örtükləri təklif edir.

Kovrolin (plitə və rulon formasında). New Conception-nın təklif etdiyi Belçika və Hollandiya istehsalı olan kovrolin suya, toza və yanğına müqavimət, səs izolyasiyası  və s. xüsusiyyətlərə malikdir. Bəzi kolleksiyaların həmçinin anbakterial effekti mövcuddur. Texniki xüsusiyyətlərinə və vizual effektinə görə kovrolin ictimai obyektlərin yer döşəmələri üçün (ofislər, mehmanxanalar və s.) ideal material sayılır.

PVC (vinil). Şirkətimiz kommersiya tipli (ofislər, klinikalar, təhsil müəssisələri, supermarketlər) və idman zalları üçün (mini-futbol, voleybol, tennis, trenajor zalları və s.) vinil yer örtükləri təklif edir. Bizdə istənilən dizayna uyğun, müxtəlif rəngli və fakturalı vinil yer örtüyü sifariş edə bilərsiniz.

Bundan əlavə bizdə yüksək keyfiyyətli ağac-polimer komposit (wpc) və linoleum örtüklərinin də geniş seçimi mövcuddur.

Yer örtükləri üzrə xidmətlər:
- materialların seçimi üzrə peşəkar konsultasiya (pulsuz)
- obyektlərə gediş və ölçülərin alınması (pulsuz)
- örtüklərin quraşdırılması